UCAR, 17 iyul. TELEQRAF
Ucar rayonunda minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndi yaxınlığından keçən hissəsində baş verib.
Qəza zamanı ağır bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Ucar rayon sakini İlyaszadə Ramazan Əlimusa oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.