AZ

Azərbaycana avtomobil idxalı artıbVİDEO

Bu ilin ilk 6 ayında Azərbaycana idxal olunan avtomobillərin sayı ötən illə müqayisədə 22 faizdən çox artıb. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, bu müddət ərzində 51 min 727 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi ölkəyə gətirilib. Ən böyük artım isə hibrid avtomobillər sahəsindədir.

Xezerxeber.az-ın məlumatına görə, 23 min ədəd nəqliyyat vasitəsi həm daxili yanma, həm də elektrik mühərriki ilə işləyir. Yəni hibrid avtomobilləridir. Bu isə ötən illə müqayisədə 2,6 dəfə çoxdur. Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin sayı isə 38  faiz azalıb.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, daxildə ikinci əl avtomobillərin satışı xeyli zəifləyib. İnsanlar indi daha çox təzə avtomobillərə üstünlük verirlər.

Əhalinin hibrid modellərə marağı artsa da, elektromobillərə tələbat azalıb. Ekspertlər bunu ölkədə infrastrukturun,  yəni şarj stansiyalarının azlığı ilə əlaqələndirir.

Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə avtomobil bazarında aktivlik artır. Amma paralel olaraq, elektromobil infrastrukturunun inkişaf etdirilməsi gələcək illər üçün əsas hədəflərdən biri olmalıdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Seçilən
17
xezerxeber.az

1Mənbələr