AZ

Yeni baş məşqçi bu legionerin getməsinə İMKAN VERMƏDİ

“Sumqayıt” hazırkı legionerlərindən birini komandada saxlamaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, söhət braziliyalı futbolçu Alan Diaşdan gedir. Belə qərarın verilməsi isə bilavasitə baş məşqçi ilə bağlıdır.

Çünki “Sumqayıt”ın yeni çalışdırıcısı Saşa İliç braziliyalının komandada saxlanılmasını istəyib. Məhz bu səbəbdən 26 yaşlı müdafiəçi ilə yeni 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Alan Diaşın “Sumqayıt”la müqaviləsi mövsümün sonunda başa çatmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
40
33
bizim.media

10Mənbələr