AZ

"Napoli" niderlandlı futbolçunun transferini açıqlayıb

"Napoli" niderandlı yarımmüdafiəçi Noa Lanqın transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, 26 yaşlı futbolçu PSV-dən Neapol klubuna keçib.

Lanqla 5 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,5 milyon avro olacaq. Bu transfer "Napoli"yə 25 milyon avroya başa gəlib.

Qeyd edək ki, Noa PSV-də iki mövsüm oynayıb. O, son mövsümdə Niderland çempionatında 29 matçda, 11 qol və 10 ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
19
1
idman.biz

10Mənbələr