Bakı. Trend:
Nyu-York şəhərində, BMT-nin baş qərargahında Kipr problemininnizamlanması ilə bağlı geniş formatda danışıqlar başlayıb. Bu, cariilin əvvəlindən bəri ikinci belə görüşdür.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Dörd ay əvvəl Cenevrədə keçən danışıqlar kimi, indiki görüş də“beş üstəgəl bir” formatında – daha dəqiq desək, adanın türk vəyunan icmalarının liderləri, Kiprin təhlükəsizliyinə zamin duran 3ölkə Böyük Britaniya, Yunanıstan və Türkiyənin XİN rəhbərləri, ocümlədən, BMT baş katibinin iştirakı ilə keçirilir.
Forum naharla başlayıb, görüşün bir saat çəkəcəyi nəzərdətutulsa da, nəticədə üç dəfə uzun sürüb. Görüşün nə üçün uzandığınadair jurnalistlərin sualını cavablandıran Kipr RespublikasınınPrezidenti Nikos Xristodulidis bildirib ki, “müzakirə maraqlıalınıb”.
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar “Kıbrıs”adlı türk-kipr qəzetinə verdiyi müsahibədə naharın “dostluqatmosferində” keçdiyini deyib.
Görüş zamanı BMT-nin Baş katibi Antonio Quterreş Kiprməsələsinin nizamlanması ilə bağlı danışıqların irəliləməsi üçünicmalararası etimadın möhkəmləndirilməsinin vacibliyinivurğulayıb.