BAKI, 17 iyul. TELEQRAF
BMT-nin Nyu-Yorkdakı baş qərargahında bu il ikinci dəfə Kipr məsələsinin həllinə dair geniş tərkibli görüş başlayıb.
Teleqraf xəbər verir ki, görüşdə Kiprin yunan və türk icma liderləri, Kiprin üç zəmanətçi dövləti olan Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirləri, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir.
Görüşdə BMT Baş katibi Kiprdə icmalar arasında etimadın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Kipr 1974-cü ildə Türkiyənin hərbi müdaxiləsindən sonra bölünüb.
Adanın şimal hissəsi hazırda yalnız Türkiyənin tanıdığı "Şimali Kipr Türk Respublikası"nın nəzarətindədir, cənub hissəsi isə Kipr Respublikası tərəfindən idarə olunur.