AZ

Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini 50 milyon dollara yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 174,4 milyon ABŞdolları dəyərində 571 min ton kimya sənayesi məhsulları ixracedilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 47,7 milyon ABŞ dolları və ya 37,6%, həcm ifadəsində isə41,8 min ton və ya 7,9% çoxdur. Ötən ilin birinci yarısındaAzərbaycandan 126,7 milyon ABŞ dolları dəyərində 529,2 min tonkimya sənayesi məhsulları ixrac edilmişdi.

Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumiixracına nisbətən 1,35%, qeyri-neft sektoru üzrə ixracına nisbətənisə 9,94% paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xariciölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyardABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanxarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyardABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payınadüşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
59
23
az.trend.az

10Mənbələr