AZ

Ayşə Tokyazı vəhşicəsinə qətlə yetirən sabiq polis və 6 şübhəli həbs olundu

Ayşə

İstanbulun Eyüpsultan bölgəsində universitet tələbəsi Ayşə Tokyazın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı saxlanılan sabiq polis əməkdaşı Cemil Koç və onunla birgə tutulan altı nəfər məhkəmə qərarı ilə həbs olunaraq həbsxanaya göndərildi.Qan donduran hadisə 13 iyulda Eyüpsultanın Mithatpaşa məhəlləsində baş verib. Yol kənarında tapılan bir çamadanın içindən 22 yaşlı Ayşə Tokyazın cansız bədəni aşkarlanıb. Araşdırmalar zamanı onun son dəfə sabiq sevgilisi – 38 yaşlı, artıq polislikdən xaric edilmiş Cemil Koçun Küçükçekmecedəki evinə daxil olduğu və iki gün sonra həmin evdən Koçun bir çamadanla çıxaraq hadisə yerinə yollandığı müəyyən edilib.Saxlanılan şübhəlilərlə bağlı Asayiş Şöbəsinin Cinayət Axtarış Şöbəsində aparılan istintaq başa çatıb. Məhkəmə qərarına əsasən, əsas şübhəli Cemil Koç “qəsdən və əvvəlcədən planlaşdırılaraq adam öldürmə” maddəsi ilə, digər altı şübhəli isə “planlı şəkildə adam öldürməyə yardım etmə” ittihamı ilə həbs ediliblər.Qətllə bağlı yeni detallar üzə çıxdıPolisin dərinləşdirdiyi araşdırmalar nəticəsində dəhşətli cinayətə dair yeni məlumatlar əldə olunub. Ayşə Tokyazın 9 iyul axşamı saat 19:30 radələrində C.K ilə birlikdə onun evinə girdiyi, ancaq 11 iyul gecəsi saat 01:30-da C.K-nin həmin evdən bir çamadanla çıxdığı müəyyən olunub. Məlum olub ki, C.K həmin çamadanı — içində gənc qızın cəsədi olan bağlamanı — pul qarşılığında başqa bir şəxsə verib. Daha sonra həmin çamadan Eyüpsultanda yol kənarına atılıb.Qətlə aid görüntülər binanın müşahidə kameraları vasitəsilə qeydə alınıb. Kadrlarda C.K çamadanı avtomobilin baqajına yerləşdirərkən başqa bir şəxsin ona yardım etdiyi aydın görünür.Qeyd edək ki, Ayşənin bacısı Esra Tokyaz 11 iyul saat 04:00-da onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.Həmçinin məlum olub ki, Cemil Koç 2024-cü ildə qeyri-qanuni silah saxlamağa görə polislikdən xaric olunub və onun “vəzifəli şəxsə müqavimət göstərmə”, “təhdid”, “təhqir”, “qəsdən xəsarət yetirmə” və “narkotik vasitələrin qanunsuz dövriyyəsi” ilə bağlı cinayət qeydləri mövcuddur.Ayşənin son görüntüləri və dəfn mərasimiQətli törədilməzdən öncə Ayşənin C.K-nin evinə daxil olduğu anlar binanın müşahidə kameraları tərəfindən qeydə alınıb. Onun cəsədi Adli Tibb İnstitutunda müayinə edildikdən sonra doğulduğu Hatay şəhərində dəfn olunub.Şübhəlilər, tibbi ekspertizadan keçirildikdən sonra Küçükçekmece Ədliyyəsinə aparılıb. Prokurorluq tərəfindən ifadələri alınan şübhəlilər növbətçi sülh məhkəməsinə göndərilib və məhkəmə onların barəsində həbs qərarı çıxarıb.Ulusum.az

Diqqət Çəkənlər

Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür

Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir

İrana nüvə xəbərdarlığı – Avqustun sonunadək vaxt verildi

Seçilən
26
14
ulusum.az

10Mənbələr