AZ

Kolumbiya prezidenti NATO ilə əlaqələri kəsməyə hazırlaşır

Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin NATO ilə qlobal tərəfdaşlığından əl çəkməsini istədiyini bildirib.

Herbiand.az TASS agentliyinə istinadən bildirir ki, ölkə başçısı bunu iyulun 15-16-da Boqotada keçirilən Qəzza ilə bağlı fövqəladə konfransda deyib.

“Biz NATO-dan çıxmalıyıq. Başqa yol yoxdur”, - prezident qeyd edib.

Onun fikrincə, Kolumbiya başqa bir alyansın üzvü olmalıdır, çünki ölkəsi uşaqlara bomba atan ordularla ola bilməz: “Onlar azadlıq orduları deyil, zülmət ordularıdır. Biz qoşulmaq istəyən bütün xalqların iştirakı ilə işıq ordusu yaratmalıyıq. Biz Avropaya deməliyik ki, əgər onlar Latın Amerikası və Afrika ilə birlikdə olmaq istəyirlərsə, nasistlərə yardımı dayandırmalıdırlar. Və ABŞ xalqına partiya mənsubiyyətindən asılı olmayaraq, nasistlərə yardımı dayandırmağı deməliyik”.

Qeyd edək ki, NATO-nun Kolumbiya ilə Qlobal Tərəfdaşlıq Sazişi 2018-ci ilin mayında Brüsseldə imzalanıb.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
70
2
herbiand.az

3phrase_var_article.sources