AZ

Petro: Kolumbiya NATO ilə qlobal tərəfdaşlıqdan imtina etməlidir

“Biz NATO-dan çıxmalıyıq. Başqa yol yoxdur”.

Bakues.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.

O, ölkəsinin NATO ilə qlobal tərəfdaşlığından əl çəkməsini istədiyini bildirib.

“Kolumbiya başqa hərbi ittifaqın üzvü olmalıdır, çünki onun ölkəsi uşaqlara bomba atan ordularla ola bilməz. Onlar azadlıq orduları deyil, zülmət ordularıdır. Biz qoşulmaq istəyən bütün xalqların iştirakı ilə işıq ordusu yaratmalıyıq. Biz Avropaya deməliyik ki, onlar Latın Amerikası və Afrika ilə birlikdə olmaq istəyirlərsə, nasistlərə yardımı dayandırmalıdırlar. Və biz partiyadan asılı olmayaraq ABŞ xalqına deməliyik ki, nasistlərə kömək etməyi dayandırsınlar”, – Petro vurğulayıb.

Asim

Seçilən
58
2
icma.az

3Mənbələr