Bakı. Trend:
Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfəqəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə startverilir.
Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 17 iyul 2025-ci il saat 11:00-dan etibarənAbşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsilmüəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğvolunur.
Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçiminisərbəst şəkildə həyata keçirə biləcəklər.
Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalıvasitəsilə aparılır.