AZ

Dövlət Agentliyi övladını rus bölməsi üzrə məktəbə qoymaq istəyən valideynlərə müraciət edib

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

Bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, bu gün saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur.

Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

MənbəBAKU.WS
Seçilən
92
50
banker.az

10Mənbələr