AZ

“Neftçi” - “Hapoel Təl-Əviv” bu kanalda

“Neftçi” iyulun 17-də Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq.

Matçın başlanma saatı və keçiriləcəyi yer də artıq müəyyənləşib.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.

Madaqaskarlı hücumçu “Sumqayıt”da - YENİLƏNİB

"Zirə" Türkiyə klubunu darmadağın etdi - YENİLƏNİB

Albert Riera: “İlk oyundan sonra belə hiss yarandı ki…”

“Qəbələ”nin futbolçusu I Liqa klubunda - RƏSMİ

“Heyətimizin keyfiyyətli olduğunu düşünürəm”

Seçilən
21
4
apasport.az

6Mənbələr