18 yaşlı niderlandlı hücumameylli yarımmüdafiəçi Cessi Sneyder “Utrext”lə özünün ilk peşəkar müqaviləsini imzalayıb.
Arena.az bu barədə “Utrext”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Sneyder “Utrext” U-17, U-18 və U-19 komandalarında çıxış edib.
Gənc futbolçu Niderland yığmasına dəvət almayıb, eləcə də böyük futbolda heç bir qənimət qazanmayıb.
Əlavə edək ki, Cessi Sneyder nederlandlı keçmiş futbolçu, məşhur hücumameyilli yarımmüdafiəçi Uesli Sneyderin oğludur.