AZ

Cəlilabadın bu kəndində içməli su problemi yaşanır - Sakinlər çarəsiz qalıb

CƏLİLABAD, 16 iyul. TELEQRAF

Cəlilabadın Soltankənd kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Cəngan inzibati ərazisinə daxil olan Soltankənd kəndində sakinlər bir müddətdir ki, içməli su problemi ilə üz-üzədirlər.

Kənd sakinlərinin sözlərinə görə, yay mövsümünün qızmar günlərində içməli suyun olmaması gündəlik həyatı çətinləşdirib. Kəndin müxtəlif yerlərində su əldə etmək üçün quyular qazılsa da, bir nəticəsi olmayıb. Elə buna görə də yerli sakinlərin çoxu pul ilə su almağa məcbur qalırlar. Mövcud problem səbəbi ilə son illərdə kənndən köçənlərin sayı da artıb.

“Artıq bir neçə gündür ki, evlərə su gəlmir. Qonşu kəndlərdən su daşımağa məcbur qalırıq. Uşaqlar var, yaşlılar var. Kəndin əksər sakonləri digər yerə köçüb.Mən də yaxın günlərdə köçəcəm ”, - deyir kənd sakini Əmralı Əmirli.

Məlumat üçün bildirək ki, əvəllər 130-dan çox ailənin yaşadığı kənddə hazırda cəmi 60 ailə qalıb.

Seçilən
40
teleqraf.com

1Mənbələr