AZ

Paşinyan Vardanyanla bağlı məktubun Trampa göndərilməsi məsələsini şərh etməyib

Ermənistan Baş naziri Nikol Paşinyan Ruben Vardanyanla bağlı məktubun ABŞ Prezidenti Donald Trampa göndərilməsini rədd etməsinə dair mətbuatda yayılan məlumatlara münasibət bildirməyib.

Demokrat.az “Armenia Today”a istinadən xəbər verir ki, o, bugünkü mətbuat konfransında söhbətin nədən getdiyini bilmədiyini deyib.

Qeyd edək ki, “Hraparak” yazıb ki, Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməklə bağlı xahişini rədd edib.

Nəşrin xəbərinə görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib.

phrase_var_article.chosen
105
41
demokrat.az

10phrase_var_article.sources