İsraildəki Dürzi icmasının lideri Şeyx Muvaffak Tarif, Suriyanın cənubunda yerləşən Süveyda bölgəsində yaşayan dürziləri qoruması üçün ABŞ Prezidenti Donald Trampa müraciət edib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail mediasında yer alan xəbərlərə görə, Tarif Süveydada soyqırımın baş verdiyini iddia edib.
Tarif ABŞ-nin Təl-Əvivdəki səfiri vasitəsilə Trampa çatdırdığı mesajında Suriyadakı "radikal silahlı qrupların sivil dürzi əhaliyə qarşı hücumlar etdiyini" iddia edərək, ABŞ Prezidentindən dürziləri müdafiə etməsini xahiş edib.
Süveydada baş verənlərin əsas insan hüquqlarının pozulması və bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndirilməsinin vacibliyini vurğulayan Tarif, ABŞ-nin susmasının narahatedici olacağını bildirib.