AZ

Ərəblərin təklifini qəbul etmək fikrində deyil - Avropalı hücumçu

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko onunla maraqlanan Səudiyyə Ərəbistanı klublarına keçmək fikrində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı futbolçu bütün diqqətini Avropadakı karyerasına yönəldib.

Daha əvvəl “Liverpul” və “Arsenal”ın forvardla maraqlandığı haqda xəbərlər yayılıb.

Şeşko 2023-cü ildən “Leyptsiq”də çıxış edir. 22 yaşlı futbolçu son mövsümdə Almaniya klubunun heyətində 45 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
42
4
sportinfo.az

4Mənbələr