AZ

Türkiyənin xalça ixracı 1 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalaraq, 1 milyard 290 milyon 246 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 165 milyon 780 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 6,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 2 milyard 783 min 114 dollar məbləğində xalça ixrac edib.

Seçilən
42
16
turkic.world

10Mənbələr