AZ

"Bavariya"nın yarımmüdafiəçisi karyerasını A Seriyasında davam etdirə bilər

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Joau Palinya karyerasını A Seriyasında davam etdirə bilər.

"Report" "Bild"ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə "İnter" maraqlanır.

"Bavariya" onu 25-30 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, J.Palinyanın müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, ötən ilin yayında "Fulhem"dən 51 milyon avro qarşılığında transfer olunub, cəmi 25 rəsmi oyuna çıxıb.

phrase_var_article.chosen
105
9
report.az

10phrase_var_article.sources