AZ

"Mançester Siti" və "Bavariya" PSJ-nin qapıçısı ilə maraqlanır

"Mançester Siti" və "Bavariya" PSJ-nin qapıçısı Canluici Donnarummanın vəziyyətini izləyir.

Operativ Media xəbər verir ki, bu haqda insayder Nikolo Şira X sosial şəbəkəsində bildirib.

Daha əvvəl məlum olmuşdu ki, 26 yaşlı italiyalının Paris klubunda gələcəyi onun müqaviləni uzatmaq istəyindən asılıdır.

Donnarummanın PSJ ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

"Transfermarkt" qapıçının qiymətini 40 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə Donnarumma bütün yarışlarda 47 matçda iştirak edib və 43 qol buraxıb.

phrase_var_article.chosen
69
9
operativmedia.az

10phrase_var_article.sources