AZ

Cordan Rezabala “Neftçi”də!

Yeni mövsümə hazırlaşan “Neftçi” heyətini yeni futbolçu – ekvadorlu hücumameyilli yarımmüdafiəçi Cordan Rezabala ilə gücləndirib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralına qədər “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət “Neftçi”nin indiki baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Rezabala “Sumqayıt”dan ayrıldıqdan sonra “Dorados Sinaloa” klubunda çıxış edirdi.

Cordan Rezabala 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Xatırladaq ki, “Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Faraj və Freddi Varqası da heyətinə qatmışdı. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və İsmayıl Zülfüqarlı paytaxt klubunu tərk ediblər. Emil Balayevlə isə yeni müqavilə imzalanıb.

Seçilən
19
29
arena.az

10Mənbələr