AZ

Ekvadorlu futbolçu “Neftçi”də

“Neftçi” daha bir futbolçunun transferini açıqlayıb.

Bizim.Media xəbər verir ki, komanda ekvadorlu Cordan Rezabala heyətinə qatıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
 

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. O, 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinib.


Qeyd edək ki, Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
39
18
bizim.media

10Mənbələr