AZ

Cəlilabadda güclü yanğın: Əraziyə helikopterlər və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edildi

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq meşə ərazisində güclü yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Paytaxt.org-a hadisə yerindən bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Cəlilabaddakı yanğında bir nəfərin tüstüdən zəhərlənəsi ilə bağlı TƏBİB də məlumat yayıb..

Qeyd edilib ki, bu gün saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Cəlilabad rayonunun Zopun kəndi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 49 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub", - TƏBİB-dən qeyd edilib.

Bildirək ki, Cəlilabad rayonunun Zopun kəndi istiqamətində güclü yanğınla mübarizə aparılır. Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Seçilən
68
15
paytaxt.org

10Mənbələr