AZ

Tramp Putinə 50 gün vaxt verib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Trump Rusiyaya Ukrayna ilə atəşkəsə razılaşmaq üçün 50 gün vaxt verib.

Əgər bu müddət ərzində anlaşma olmasa, ABŞ Rusiyaya sərt gömrük qiymətiləri tətbiq edəcək, Trump xəbərdarlıq edib.

Bu açıqlamasından sonra o, BBC-yə eksklüziv müsahibəsində Putin barədə "çox məyus" olduğunu deyib.

Trump-ın sözlərinə görə, o, Putinlə danışanda sanki hər şeyin yaxşı bitəcəyi təəssüratı yaranır.

"Bizim əla söhbətimiz olur. Deyirəm, bu, yaxşıdır. Fikirləşirəm ki, bunu həll etməyə yaxınıq. Sonra o gedib Kiyevdə bina uçurur".

BBC Trump-dan soruşub ki, o, Rusiya liderinə inanırmı?

"Mən, demək olar ki, heç kimə inanmıram", - Trump deyib.

BBC soruşub ki, onun Putinlə işi bitibmi?

O məni məyus edib, amma işim bitməyib, sadəcə, məni məyus edib", -Trump deyib.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner xatırladır ki, Trump atəşkəs ultimatumunu bundan əvvəl də səsləndirib, amma heç bir nəticəsi olmayıb.

Frank Gardner yazır ki, indi Trump ictimai şəkildə Putindən məyusluğunu dilə gətirsə də, 50 gün Kremlə manevr etmək üçün kifayət qədər vaxt verir.

"İndiki gecə bombardmanlarının sürətiylə hesablasaq, 50 gün həm də Rusiyaya nəzəri olaraq , daha 25 min dron və raket atmağa vaxt verir", - o yazıb.

Videoya YouTube kanalımızda baxın.

phrase_var_article.chosen
83
50
bbc.com

10phrase_var_article.sources