AZ

Cənubi Koreyadan Yaponiyaya ETİRAZ

Cənubi Koreya, Yaponiyanın Yapon dənizindəki (Şərq dənizi) mübahisəli “Dokdo/Takeshima Adaları” üzərində suverenlik iddiasını yenidən gündəmə gətirməsinə etiraz edib. 

"Cebheinfo.az" xəbər verir ki, Yonhap agentliyinin xəbərinə görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada “Hökumət, Yaponiyanın Dokdo üzərində əsassız suverenlik iddiasını təkrar gündəmə gətirməsinə qətiyyətlə qarşı çıxır” ifadəsi işlədilib. Açıqlamada həmin adaların tarix, coğrafiya və beynəlxalq hüquq baxımından Cənubi Koreyaya məxsus olduğu vurğulanaraq, Yaponiyaya bu iddialardan dərhal əl çəkməsi çağırışı edilib. 

Bundan başqa, açıqlamada Yaponiyanın Dokdo ilə bağlı “istənilən təxribatına” sərt şəkildə cavab veriləcəyi xəbərdarlığı yer alıb. Digər tərəfdən, Cənubi Koreya hökumətinin gün ərzində Seuldakı Yaponiya Səfirliyindən bir rəsmisini çağıraraq rəsmi etirazını çatdıracağı gözlənilir. 

Yaponiya isə “Takeshima” adlandırdığı adaları müdafiə ağ kitabına daxil edərək adaların Yaponiya ərazisi olduğunu iddia edib. 

Cənubi Koreyanın “Dokdo”, yaponların isə “Takeshima” adlandırdığı bu ərazi uzun müddətdir iki ölkə arasında suverenlik mübahisəsinin mövzusu olaraq qalır. Cənubi Koreya, nəzarəti altında saxladığı, ümumi sahəsi 0,2 kvadrat kilometr olan bu torpaq hissəsinə 1954-cü ildən bəri təhlükəsizlik heyəti yerləşdirib. 

Seçilən
75
50
cebheinfo.az

10Mənbələr