AZ

Mütəxəssis aydınlıq gətirdi: Soyuq su xəstə etmir!

Çukurova Universitetindən Prof. Dr. Aslıhan Candevir, yayda "tərlikən soyuq su içmək xəstə edər" kimi fikirlərin elmi əsası olmadığını, bunun sadəcə şəhər əfsanəsi olduğunu bildirib. O, soyuq su içməyin zərərli olmadığını, əksinə isti havalarda su itkisinin qarşısını almaq üçün bol su içməyin vacib olduğunu qeyd edib.

Bu barədə News24.az Cumhuriyət-ə istinadən xəbər verir. 

Dondurma ilə bağlı yanlış inanclar da var.

Candevir deyib ki, dondurma da xəstəlik yaratmır, xəstəliklərə səbəb mikroblardır. Uşaqları dondurmadan məhrum etməyə ehtiyac yoxdur. Sağlam qidalanma, əl gigiyenası və güclü immunitet xəstəliklərə qarşı əsas qoruyucudur.

Xeyrənsə Piriyeva

Seçilən
62
news24.az

1Mənbələr