Yazını böyüt
Yazını kiçilt
Lənkəranda iş adamına məxsus ferma yanıb.
Hafta.az xəbər verir ki, yanğın rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib. Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
2 000 kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb. Qısa müddətdə yanğın lokallaşdırılıb. Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.