AZ

Yer kürəsindəki ən böyük “Mars daşı” hərraca çıxarıldı


Yer kürəsində indiyə qədər tapılmış ən böyük  “Mars daşı” hərraca çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, 25 kiloqramlıq daşın hərracda təxmini qiyməti 2 ilə 4 milyon dollar arasındadır.
Hərracın çərşənbə günü Nyu-Yorkda “Sotheby's” hərrac evində keçirilməsi nəzərdə tutulur.
Hərrac evinin məlumatına görə, “NWA 16788” kimi tanınan meteorit Yerə düşməzdən əvvəl güclü asteroid zərbəsi nəticəsində Marsın səthindən qopub. Daş 225 milyon kilometr məsafə qət etdikdən sonra Saxara səhrasına düşüb.
“Sotheby's”in məlumatına görə, meteorit ovçusu onu 2023-cü ilin noyabrında Nigerdə tapıb.
Qırmızı, qəhvəyi və boz daş Yerdə tapılan ən böyük Mars daşından təxminən 70% daha böyükdür və “Sotheby's”ə görə hazırda planetdəki bütün Mars daşlarının təxminən 7%-ni təşkil edir.
Onun ölçüləri demək olar ki, 375x279x152 millimetrdir.
Seçilən
52
yeniavaz.com

1Mənbələr