AZ

Türkiyə və İranın müdafiə nazirləri telefonla danışdı

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iranlı həmkarı briqada generalı Əziz Nəsirzadə ilə telefonla danışıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Seçilən
73
8
cebheinfo.az

10Mənbələr