Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iranlı həmkarı briqada generalı Əziz Nəsirzadə ilə telefonla danışıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.