AZ

Tramp Putinə 50 gün vaxt verdi: “Əgər Ukrayna ilə razılaşma əldə olunmasa..."

ABŞ prezidenti Tramp Rusiyanı təhdid edib, Putinə konkret vaxt qoyub.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə mətbuat konfransı keçirən ABŞ prezidenti TUkrayna ilə müharibəsini davam etdirən Rusiya prezidenti Vladimir Putinə açıq xəbərdarlıq edib.

O, "Rusiyadan razı deyiləm. Keyfsizəm. Ukrayna ilə sülh razılaşması olmasa, 50 gün ərzində Rusiyaya qarşı çox sərt sanksiyalar və 100%  tariflər tətbiq edəcəyik", - deyərək, Ukraynaya yeni silah tədarükünü də açıqlayıb.

ABŞ lideri bildirib ki, uzun müddət Putinə səbrlə danışıqlar aparıb: "Lakin heç bir şey dəyişmədi. Rusiya Kiyev hələ də bombalayır. Buna son qoyulmalıdır".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
73
38
mia.az

10Mənbələr