AZ

Tramp Rusiyanı 100%-lik rüsumla hədələdi


ABŞ administrasiyası Moskva və Vaşinqtonun 50 gün ərzində Ukraynada nizamlanmaya dair razılığa gələ bilməyəcəyi təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100% idxal rüsumları tətbiq etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz onlardan (Rusiya nəzərdə tutulur- red.) çox-çox narazıyıq və 50 gün ərzində razılaşma olmasa, çox sərt tariflər tətbiq edəcəyik. Təxminən 100%-lik tariflər. Siz onları ikinci dərəcəli tariflər adlandıra bilərsiniz”, - o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdə deyib.
Seçilən
13
1
yeniavaz.com

10Mənbələr