ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya NATO xətti ilə göndəriləcək hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək.
APA xəbər verir ki, bu barədə o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.
“Bu bəyanatın məqsədi odur ki, çox böyük bir razılaşma əldə etmişik. Milyardlarla dollar dəyərində hərbi texnika ABŞ-dan alınacaq, NATO və digər müttəfiqlərə çatdırılacaq və tezliklə döyüş meydanına göndəriləcək. Ukrayna onu qəbul edəcək”, – deyə Tramp bildirib.