AZ

Paşinyan Parisə getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə uçub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Paşinyan orada Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Mətbuat xidməti qeyd edir ki, Paşinyanla Makron arasında görüş Yelisey sarayında planlaşdırılır.
Qeyd edək ki, axırıncı dəfə Paşinyan Makronla 2024-cü ilin dekabrında Parisdə görüşüb.
Seçilən
2
24
yeniavaz.com

10Mənbələr