Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin "Telegram" kanalında bildirilib.
Məlumata görə, Ermənistan lideri Brüsseldən Parisə yollanıb.
Paşinyanla Makron arasında görüşün Yelisey sarayında baş tutacağı gözlənilir.