İmişlidə Araz çayının Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı şəxs batıb.
AzEdu.az xəbər verir ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirli Araz çayında boğulub.
S.Cahangirlinin axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
İlkin məlumata görə, Süleyman çayda üç nəfər ilə birgə çimirmiş. Onlardan ikisi sudan çıxsa da, Süleyman çayda boğulub.