"Atletiko"nun futbolçusu Saul Niqes karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Trabzonspor" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə Türkiyə mətbuat məlumat yayıb.
"Atletiko" Saulu heyətdə düşünmür. Onun müqaviləsinin pozulacağı gözlənilir.
Təcrübəli futbolçu Qaradəniz təmsilçisinin təklifini qəbul etsə, azad agent kimi "Trabzonspor"a keçə bilər.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi başa çatan mövsümü icarə əsasında "Sevilya"da keçirib.