AZ

Xəbərimiz təsdiqləndi: “Neftçi” ayrılığı açıqladı

“Neftçi” klubu futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı “Neftçi”də 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

Xatırladaq ki, Zülfüqarlının “Neftçi”dən getdiyi xəbərini ilk olaraq İdmanxeber.az saytı yazmışdı.

Seçilən
97
5
idmanxeber.az

8Mənbələr