“Neftçi” klubu futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.
90deqiqe.Azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisinin yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı "Neftçi"də 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.