AZ

Dünya Kamandan Oxatma Federasiyası ilə Azərbaycan arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdenerin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyevlə görüşü keçirilib.

AKOF-dan 90deqiqe.Az--a verilən məlumata görə, qonaq Bakıda açıq havada məşq edən böyük, yeniyetmə və gənclərdən ibarət milli komandaların təlim-məşq prosesini izləyib. O, Azərbaycan idmançılarının hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.

Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən danışıb. Tərəflər görüş zamanı Azərbaycanda kamandan oxatma idman növünün inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.

Seçilən
12
6
90deqiqe.az

8Mənbələr