AZ

Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarında dəyişiklik edilir

Bakı. Trend:

Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarındadəyişiklik edilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb.

Qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasıüçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədlitəyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğungəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 işgünü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmaaparılacaq.

Həmçinin, araşdırmanın nəticəsinə əsasən təqdim edilənsənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlaküzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaqkadastrında müvafiq düzəlişlər edilir.

Bundan əlavə, yuxarıda nəzərdə tutulan araşdırmanın nəticəsindəsənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdəhüquqların dövlət qeydiyyatına alınmasından imtina ediləbiləcək.

Qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Seçilən
21
5
az.trend.az

10Mənbələr