Klublararası dünya çempionatının qalibi bəlli olub.
Yenisabah.az xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda Fransanın “PSJ” və İngiltərənin "Çelsi" klubları üz-üzə gəlib.
Qarşılaşma “Çelsi”nin 3-0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin qollarını Koul Palmer (22, 30) və Joao Pedro (43) vurub. “Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olur. "Zadəganlar" 2021-ci ildə də bu titulu qazanmışdı. Dominos pizza
Xatırladaq ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Telegram kanalımız