Klublararası dünya çempionatının qalibi bəlli olub
QOL.az xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda Fransanın PSJ və İngiltərənin "Çelsi" klubları üz-üzə gəlib.
Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. London təmsilçisinin heyətində Koul Palmer iki dəfə (22, 30-cu dəqiqə), Joao Pedro (43) bir dəfə fərqlənib.
Xatırladaq ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.