AZ

Bu gün Ukrayna ilə bağlı MÜHÜM XƏBƏR açıqlanacaq - Müharibənin gedişatı dəyişir

ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ukraynaya hücum silahları da daxil olmaqla silah tədarükü planını təqdim etmək niyyətindədir.

Olaylar.az xəbər verir ki, məlumatı Axios portalı mənbələrə istinadən yayıb. Portalın yazdığına görə, Amerika administrasiyasının rəhbəri bu gün Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdə "Ukraynanın silahlanmasına dair yeni planı təqdim edəcək, bu plana hücum silahlarının da daxil olacağı gözlənilir".

Axios vurğulayır ki, bu, Trampın siyasətində "böyük dəyişikliyi" göstərəcək. Portalın mənbələri iddia edir ki, Trampın planında "Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəflərə çata bilən uzaqmənzilli raketlərin Ukraynaya mümkün transferi" ilə bağlı bənd ola bilər. Eyni zamanda Axios mənbələri qeyd edir ki, bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyini bilmirlər.

ABŞ prezidenti jurnalistin Ukraynaya ABŞ-ın Ukraynaya əlavə "Patriot" sistemi tədarük edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən deyib: "Mən hələ ki, onların miqdarı ilə bağlı razılığa gəlməmişəm, lakin onların müdafiəyə ehtiyacı olduğu üçün bir neçəsi olacaq. Amma Avropa İttifaqı bunun üçün pul ödəyir. Biz bunun üçün heç nə ödəmirik. Amma biz onu göndərəcəyik, bu, bizim üçün biznes olacaq. Biz də onlara təcili ehtiyacı olan Patriotlar göndərəcəyik".

Tramp, həmçinin Rusiya prezidenti Vladimir Putindən narazılığını ifadə edib: "Biz onlara çox ehtiyacı olan Patriotları göndərəcəyik. Çünki Putin həqiqətən çoxlarını təəccübləndirib. O, gözəl danışır, axşam isə hamını bombalayır. Amma burada kiçik bir problem var. Bu, mənim xoşuma gəlmir".

O qeyd edib ki, ABŞ Ukraynanı müxtəlif növ yüksək texnologiyalı hərbi texnika ilə təchiz etməyi planlaşdırır: "Onlar bunun üçün bizə 100 faiz ödəyəcəklər və biz bunu istəyirik".

Eyni zamanda o, Avropa İttifaqının ABŞ-a bu təchizatların dəyərini ödəyəcəyini bildirib. Onun sözlərinə görə, bu həftə o, Ukrayna və digər məsələləri müzakirə etmək üçün NATO-nun baş katibi Mark Rutte ilə görüşməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
50
olaylar.az

10Mənbələr