AZ

ABŞ və NATO Ukraynaya silah tədarükü barədə razılığa gəlib

ABŞ və NATO Avropanın hesabına Ukraynaya silah tədarük etmək barədə razılığa gəlib.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşdə bildirib.

“Bu gün müqavilə bağladıq ki, biz onlara silah göndərəcəyik və onlar bunun üçün pul ödəyəcəklər. ABŞ heç bir ödəniş etməyəcək. Biz onu almırıq, amma biz istehsal edəcəyik və onlar bunun əvəzini ödəyəcəklər”, - o qeyd edib.

Seçilən
29
50
azreform.info

10Mənbələr