AZ

Türkiyənin bu məşhur serialı məhkəməlik oldu


Türkiyənin məşhur “Eşref Rüya” serialına yazıçı Murat Menteş tərəfindən məhkəmə iddiası açılıb. Türkiyə mətbuatının yazdığına görə, M.Menteş verdiyi açıqlamada bildirib ki, son həftələrdə çəkilişləri başlayan, baş rollarında Barış Arduç və Tuba Büyüküstünün yer aldığı “Dehşet Bey” filmindən bəzi hissələr “Eşref Rüya” serialında istifadə olunub və bu səbəbdən hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edib.

O, “Dehşet Bey” filminin ssenarisinin icazəsiz şəkildə uyğunlaşdırılaraq seriala çevrildiyini, bu baxımdan "Tims&B" və Ethem Özışıka qarşı hüquqi addım atıldığını deyib. Xatırladaq ki, bu məşhur serialın baş rollarında Çağatay Ulusoy və Demet Özdemir yer alır.

Mətləb

Seçilən
18
6
baki-xeber.com

7Mənbələr