AZ

Klublararası dünya çempionatının qalibi bəlli olub

ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.

Tribunainfo.az -ın məlumatına görə, final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib.

Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər.

London təmsilçisinin heyətində Koul Palmer (22, 30) və Joau Pedro (43) fərqlənib.

“Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək birinci yeri tutub. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.

PSJ isə ilk dəfə klublararası dünya çempionatında iştirak edib.

Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, “Çelsi” isə Konfrans Liqasının qalibi olub.

Seçilən
39
10
tribunainfo.az

10Mənbələr