AZ

“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu

İngiltərənin “Çelsi” klubu ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının qalibi olub.

Finalda London təmsilçisi Fransanın PSJ komandasını 3:0 hesabı ilə məğlub edib. Qolları Koul Palmer (22 və 30-cu dəqiqələr) və Joau Pedro (43) vurublar.

“Çelsi” bu titulu tarixində ikinci dəfə qazanıb. Komanda 2021-ci ildə “Palmeyras”a qalib gəlmiş, 2012-ci ildə isə “Korintians”a uduzmuşdu. PSJ bu turnirdə ilk dəfə iştirak edirdi.

Seçilən
69
1
anews.az

10Mənbələr