BAKI, 14 iyul. TELEQRAF
Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 120 min dolları keçib.
Teleqraf xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarından məlum olur.
Bakı vaxtı ilə saat 07:41-ə olan məlumatlara görə, kriptovalyutanın dəyəri 1,87% artaraq 120 min dollara çatıb.
Bakı vaxtı ilə saat 07:45-ə olan vəziyyətə görə, bitkoinin qiymət artımı sürətlənərək 121 min dollar səviyyəsini keçib və 121 014,73 dollar (+2,82%) təşkil edib.